Azərbaycanın mövqeyi dəyişmədi – UEFA reytinqi 

Azərbaycanın mövqeyi dəyişmədi – UEFA reytinqi 

Hazırda oxunan: Azərbaycanın mövqeyi dəyişmədi – UEFA reytinqi 

60677

Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib. 

Bizim.Media-nın məlumatına görə, buna "Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda Fransada "Marsel"ə 1:3 hesabı ilə uduzması səbəb olub. 

Azərbaycan yenə 17,000 xalla 26-cı pillədə qərarlaşıb. "Köhlən-atlar" Fransada ən azı heç-heçə etsəydi, ölkə reytinqdə 17,150 xala malik Rumıniyanı geridə qoyacaqdı. 

Əvəzində Şotlandiya (34,500) 9-cu, Danimarka (26,975) 15-ci, Çexiya (26,800) isə 17-ci pilləyə irəliləyib. 
Rusiya (34,282) 10-cu, Türkiyə (26,900) 16-cı, Yunanıstan (26,700) və Xorvatiya (26,650) müvafiq olaraq 18-19-cu sıraya düşüblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO