"Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.
Bizim.Media-nın məlumatına görə, Azərbaycan təmsilçisi tarixi matçda Fransa "Marsel"inin qonağı olub.
MÖVZU İLƏ BAĞLI:
Qurban Qurbanov məğlubiyyətin səbəbini açıqladı - "Buna görə uduzduq"
"Velodrom" stadionunda oynanılmış qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
85-ci dəqiqədə “Qarabağ” buraxılan toplardan birinin əvəzini çıxıb. Andradenin istiqamətində iti ötürməsindən sonra Kadi Borges topu qapıdan keçirib.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması fevralın 24-də Bakıda keçiriləcək.
Kadi Borgesin qolunun görüntüsünü təqdim edirik:
Bizim.Media