Pekin-2022: Azərbaycanın 2-ci təmsilçisi də medalsız qaldı

Pekin-2022: Azərbaycanın 2-ci təmsilçisi də medalsız qaldı

Hazırda oxunan: Pekin-2022: Azərbaycanın 2-ci təmsilçisi də medalsız qaldı

60600

Azərbaycanın qadın fiqurlu konkisürəni Yekaterina Ryabova Pekin-2022 Qış Olimpiya Oyunlarının final mərhələsində çıxışını başa vurub.

Bizim.Media xəbər verir ki, 19 yaşlı idmançı sərbəst proqramda 118,15 xala layiq görülüb.

Ryabova 25 idmançının qatıldığı yarışda hazırda 179,97 xalla 4-cü pillədə qərarlaşıb.

Beləliklə, o, növbəti konkisürənlərin nəticələrindən asılı olmayaraq, ilk "3-lüy"ə düşə bilməyib və medalsız qalıb.

Konkisürən fevralın 15-də qısa proqramda 61,82 xalla 16-cı olub və "25-liy"ə düşməyi bacardığı üçün sərbəst proqramda iştirak hüququ qazanıb. Turnirin qalibi hər iki proqram üzrə xalların cəminə görə müəyyənləşir.

Qeyd edək ki, Azərbaycanın kişi fiqurlu konkisürəni Vladimir Litvintsev Pekin-2022-də 18-ci yeri tutub. Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO