Manuel Noyer Çempionlar Liqasında Messinin rekordunu təkrarladı

Manuel Noyer Çempionlar Liqasında Messinin rekordunu təkrarladı

Hazırda oxunan: Manuel Noyer Çempionlar Liqasında Messinin rekordunu təkrarladı

605814

Almaniyanın "Bavariya" klubunun qapıçısı Manuel Noyer Lionel Messinin UEFA Çempionlar Liqasındakı rekordunu təkrarlayıb.

Bizim.Media "Opta"ya istinadən xəbər verir ki, 40 yaşlı qolkiper buna İspaniyada "Real"a 2:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda nail olub.
 

Noyer Münhen təmsilçisinin heyətində bu turnirdə 136-cı dəfə start heyətində meydana çıxıb. O, bir komandada bunu bacaran oyunçular arasında ilk "üçlük"dədir.


Daha əvvəl Messi (136 oyun) "Barselona" forması ilə buna nail olub. Mütləq rekord "Real"ın sabiq qapıçısı İker Kasilyasa məxsusdur - 149 oyun.

Xatırladaq ki, 2011-ci ildən "Bavariya"da çıxış edən Manuel Noyer cari mövsüm bütün turnirlərdə 31 qarşılaşmada meydanda olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO