“Qarabağ”ın kolumbiyalı hücumçusu Kamilo Duranı transfer etmək klubların sayı artır.
Bizim.Media xəbər verir ki, son olaraq forvardı əldə etmək uğrunda mübarizəyə daha iki İspaniya klubu qoşulub.
Həmin komandalar La Liqanın tanınmış klubları “Sevilya” və “Valensiya”dır. Hazırda adıçıkilən klubların skautları Duranın oyununu izləməkdə davam edir.
Qeyd edək ki, daha əvvəl İspaniyanın digər təmsilçisi “Jirona”nın da “Qarabağ”ın forvardına maraq göstərdiyi məlum olmuşdu. Kamilo Duranın özü isə İngiltərə Çempionşip təmsilçisi “Preston”un transfer təklifini qəbul etməyib.
Bizim.Media






























































































