DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşdi

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşdi

Hazırda oxunan: DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşdi

604331

Bu il keçiriləcək futbol üzrə dünya çempionatının bütün iştirakçıları bəlli olub.

Bizim.Media xəbər verir ki, son iki vəsiqəyə Konqo Demokratik Respublikası və İraq seçməsi sahib çıxıblar.

Onlar pley-off mərhələsinin final oyununda müvafiq olaraq Yamayka və Boliviyanı məğlub ediblər.

Beləliklə, mundialın bütün 48 iştirakçısı dəqiqləşib.

A qrupu: Meksika, Cənubi Koreya, Cənubi Afrika Respublikası, Çexiya

B qrupu: Kanada, İsveçrə, Qətər, Bosniya və Herseqovina

C qrupu: Braziliya, Mərakeş, Şotlandiya, Haiti

D qrupu: ABŞ, Avstraliya, Paraqvay, Türkiyə

E qrupu: Almaniya, Ekvador, Fildişi Sahili, Kurasao

F qrupu: Niderland, Yaponiya, Tunis, İsveç

G qrupu: Belçika, İran, Misir, Yeni Zelandiya

H qrupu: İspaniya, Uruqvay, Səudiyyə Ərəbistanı, Kabo Verde

I qrupu: Fransa, Seneqal, Norveç, İraq

J qrupu: Argentina, Avstriya, Əlcəzair, İordaniya

K qrupu: Portuqaliya, Kolumbiya, Özbəkistan, Konqo Demokratik Respublikası

L qrupu: İngiltərə, Xorvatiya, Panama, Qana

Qeyd edək ki, DÇ-2026 iyunun 11-dən iyulun 19-na qədər ABŞ, Kanada və Meksikada reallaşacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO