"Belə nəticə gözləmirdim" - Sent Lüsiya millisinin baş məşqçisi

"Belə nəticə gözləmirdim" - Sent Lüsiya millisinin baş məşqçisi

Hazırda oxunan: "Belə nəticə gözləmirdim" - Sent Lüsiya millisinin baş məşqçisi

603687

"Belə nəticə gözləmirdim. Birinci dəqiqələrdə qapımıza penalti təyin olundu. Rəqibin fiziki və taktiki baxımdan bizə təzyiq göstərəcəyini bilirdik. Sadə səhvlər etdik. Belə səhv edirsənsə, mütləq şəkildə cəzalanacaqsan".

Bizim.Media xəbər verir ki, bu sözləri Sent Lüsiya millisinin baş məşqçisi “FİFA Series 2026” çərçivəsində Azərbaycan yığmasına 1:6 hesabı ilə uduzduqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

O, məğlubiyyətə baxmayaraq, matçın komandası üçün təcrübə olacağını söyləyib:

"Nəticə məyusedicidir. Bura gələnə kimi 4 uçuş keçirmişik. İki yoldaşlıq oyunu olacaqdı. Hər bir halda, təcrübə qazandıq. Avropa komandasına qarşı oynadıq. Bir oyun keçirmək bizi məyus edir".

Mütəxəssis bu qalibiyyətin Azərbaycan millisinin tarixindəki ən böyükhesablı qələbə olmasına da münasibət bildirib:

"Azərbaycan millisi yaxşı təşkilatlanmış komandadır, topla yaxşı davranırlar. Oyundan əvvəl də demişdim ki, ciddi yanaşmalıyıq. Azərbaycan Avropa komandasıdır və Fransa, Ukrayna kimi top komandalara qarşı mübarizə aparıblar. Bu qədər qol buraxmaq istəməzdik".

O, sonda "Oyun planında Azərbaycan yığmasından nə gözləyirdiniz və nələri gördünüz" sualını cavablandırıb:

"Rəqibin fiziki cəhətdən güclü olduğunu bilirdik. Bir neçə ay bundan əvvəl oyunun olacağını bilirdik və təhlillər aparmışdıq. Məğlubiyyətə görə yox, buraxılan qol sayına görə məyusam. Gənc futbolçularımız üçün yaxşı təcrübə oldu. Evə qayıdandan sonra başladığımız yola davam edəcəyik".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO