Türkiyə millisi dünən DÇ-2026-ya vəsiqə uğrunda pley-off matçında Rumıniya yığması ilə üz-üzə gəlib.
Gərgin keçən qarşılaşmada türklər minimal hesablı qələbə qazanıblar – 1:0.
Bizim.Media xəbər verir ki, oyunun sonunda komanda üçün xoşagəlməz hadisə yaşanıb.
Belə ki, yarımmüdafiəçi Hakan Çalhanoğlu zədələnib.
O, aldığı zədə səbəbindən matçı sona qədər davam etdirə bilməyib və son dəqiqələrdə əvəzlənib.
32 yaşlı futbolçu cari mövsümdə “İnter” forması ilə İtaliya çempionatında 19 oyuna çıxıb, 8 qol vurub və 2 məhsuldar ötürmə verib.
Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
21:54 / 27.03.2026
Türkiyə millisində CİDDİ İTKİ
Hazırda oxunan: Türkiyə millisində CİDDİ İTKİ
Hazırda oxunan: Türkiyə millisində CİDDİ İTKİ
603667
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































