Çempionlar Liqası: Messi penaltini vura bilmədi - PSJ qələbəni son anda qazandı – FOTO-VİDEO

Çempionlar Liqası: Messi penaltini vura bilmədi - PSJ qələbəni son anda qazandı – FOTO-VİDEO

Hazırda oxunan: Çempionlar Liqası: Messi penaltini vura bilmədi - PSJ qələbəni son anda qazandı – FOTO-VİDEO

60351

Fevralın 16-da futbol üzrə UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinə start verilib.

Bizim.Media xəbər verir ki, gecənin ən maraqlı matçı Fransada "Paris Sen-Jermen" və İspaniyanın "Real Madrid" klubu arasında baş tutub.

"Park-de-Prens" stadionunda oynanılan görüşdə meydan sahibləri minimal hesabla qələbə qazanıblar - 1:0.

Matçın 61-ci dəqiqəsində italiyalı FIFA referisi Daniele Orsato madridlilərin qapısına penalti zərbəsi təyin edib. Topa yaxınlaşan Lionel Messi zərbəni dəqiq yerinə yetirə bilməyib. Görüşün əsas vaxtına əlavə olunmuş dəqiqlərdə "Paris Sen-Jermen" hesabı açıb. Kilyan Mbappe fərdi ustalıq sayəsində komandasının vacib qolunu vurub.

Gecənin digər oyununda İngiltərənin "Mançester Siti" klubu səfərdə Portuqaliyanın "Sportinq" klubunun qonağı olub.

Oyunun favoriti hesab edilən Mançester təmsilçisi böyük hesablı qələbə qazanıb - 5:0. Pep Qvardiolanın yetirmələrinin heyətində Riyad Mahrez (7), Bernardo Silva (17, 44), Fil Foden (32) və Rahim Sterlinq (58) fərqləniblər.

Qeyd edək ki, səkkizdəbir final mərhələsinin digər oyunları fevralın 16-sı, 22-si və 23-də baş tutacaq.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO