Millimizlə oyun üçün Portuqaliya heyətini açıqladı

Millimizlə oyun üçün Portuqaliya heyətini açıqladı

Hazırda oxunan: Millimizlə oyun üçün Portuqaliya heyətini açıqladı

602902

Portuqaliyanın U-21 yığma komandasının AVRO-2027-nin seçmə mərhələsinin B qrupunun 8-ci turunda Azərbaycanla səfər qarşılaşması üçün heyəti açıqlanıb.

Bizim.Media xəbər verir ki, baş məşqçi Luis Frayre yığmaya 23 futbolçunu cəlb edib:

Qapıçılar: Andre Qomeş (“Alverka”), Qonçalo Ribeyro (“Porto”), Joao Karvalyo (“Braqa”)

Müdafiəçilər: Daniel Banjaki, Rodriqo Reqo (hər ikisi “Benfika”), Dioqo Monteyro (“Aruka”), Qabriel Bras (“Porto”), Joao Munes (“Sportinq”), Leonardo Barroso (“Çikaqo Fayr”, ABŞ), Tiaqo Qabriel (“Leççe”, İtaliya), Tiaqo Parente (“Felqeyras”)

Yarımmüdafiəçilər: Dieqo Rodriges (“Braqa”), Dioqo Sousa (“Vitoriya”), Qonçalo Moreira (“Benfika”), Qustavo Sa, Matias de Amorim (hər ikisi “Famalikao”), Joao Simoeş (“Sportinq”)

Hücumçular: Karlos Forbes (“Brügge”, Belçika), Mateus Mane (“Vulverhempton”, İngiltərə), Noa Saviolo (“Vitoriya”), Rodriqo Ribeyro (“Auqsburq”, Almaniya), Rocer Fernandes (“Əl-İttihad”, Səudiyyə Ərəbistanı), Yussef Çermiti (“Reyncers”, Portuqaliya)

Qeyd edək ki, Azərbaycan - Portuqaliya oyunu martın 27-də Bakıda, “Palms Sports Arena”da keçiriləcək və görüşə 15:00-da start veriləcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO