Azərbaycan millisinin "Kayzerslautern"də çıxış edən hücumçusu Mahir Emreli keçmiş baş məşqçisi, "Nürnberq"in çalışdırıcısı Miroslav Kloze ilə görüşüb.
Bizim.Media xəbər verir ki, 2-ci bundesliqanın 27-ci turunda "Nernberq" - "Kayzerslautern" matçından əvvəl tərəflərin səmimi görüşü olub.
Ötən gün keçirilən oyun "Nürnberq"in 3:0 hesablı qələbəsi ilə başa çatıb. Mahir Emreli matçın 56-cı dəqiqəsində meydana daxil olub.
Xatırladaq ki, M.Emreli 2024-2025 mövsümündə "Nürnberq"də çıxış edib və 11 qol vurub.

Rəşad Rafiqoğlu, Bizim.Media

































































































