Bu matçda qalmaqal - Maksim Medvedev komandanı meydandan çıxardı

Bu matçda qalmaqal - Maksim Medvedev komandanı meydandan çıxardı

Hazırda oxunan: Bu matçda qalmaqal - Maksim Medvedev komandanı meydandan çıxardı

602873

Əvəzedicilər Liqasının 21-ci turunun “Qarabağ-2” - “Sabah-2” görüşündə insident yaşanıb.

Bizim.Media “Sportinfo.az”a istinadla xəbər verir ki, matçın gedişində Ağdam klubunun baş məşqçisi Maksim Medvedev futbolçuları meydandan çıxarıb.

Çalışdırıcı bu addımı baş hakim Pərviz İbrahimovun qərarlarına etiraz olaraq atıb.

Hadisələr 8-ci dəqiqədə “Sabah”ın bərabərlik qolu zamanı alovlanıb.
 

Hücumun əvvəlində yan xətt hakimi oyundan kənar vəziyyətə görə bayrağını qaldırıb, ardınca referi fitini səsləndirib, amma fitdən sonra vurulan qol qeydə alınıb.


Davamında bir neçə dəfə hakimlər briqadası “Qarabağ”ın əleyhinə qərarlar verib.

Hadisələrin kulminasiya nöqtəsi 43-cü dəqiqədə Sami Mmaenin qırmızı vərəqə ilə meydandan qovulması olub.

Məhz bundan sonra Maksim Medvedev sərt qərar verib, futbolçular meydanı tərk edib.

Oyunda uzun fasilə yaranıb.
 

Rəsmilər çətinliklə Medvedevi qərarından daşındırıb və yalnız bundan sonra oyun davam etdirilib.


Oyuna əlavə olunmuş dəqiqələrdə bu dəfə Allahverdi Rəhimov qırmızı vərəqə ilə cəzalanıb.

9 nəfərlə qalan “köhlən atlar” sonda 3:1 hesablı qələbə qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO