Bu gün Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirinə yekun vurulacaq.
Bizim.Media xəbər verir ki, Azərbaycanın daha üç cüdoçusu yarışın son günündə mübarizəyə qoşulacaq.
Camal Qamzatxanov (+100 kq) 1/8 finalda Saba Kardava (Gürcüstan) – Losseni Kone (Almaniya) cütünün qalibi ilə qarşılaşacaq.
Eyni çəki və mərhələdə çıxış edən Kənan Nəsibov isə Yelaman Yerqaliyev (Qazaxıstan) – Gela Zaalişvili (Gürcüstan) cütünün güclüsü ilə üz-üzə gələcək.
Qadınlar arasında (+78 kq) Madina Kaisinova da mübarizəyə 1/8 finaldan başlayacaq. O bu raundda Erika Simonetti (İtaliya) ilə qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan təmsilçilərinin aktivində 1 gümüş, 1 bürünc medal var.
Bizim.Media

































































































