“Qarabağ” futbolçuları bu gün Fransaya yollanacaq

“Qarabağ” futbolçuları bu gün Fransaya yollanacaq

Hazırda oxunan: “Qarabağ” futbolçuları bu gün Fransaya yollanacaq

60237

UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda “Marsel”in qonağı olacaq “Qarabağ” bu gün Fransaya yollanacaq.

Bizim.Media Ağdam klubunun saytına istinadla xəbər verir ki, komandanı Marsel şəhərinə aparacaq təyyarə saat 16:00-da Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşəcək.

Baş məşqçi Qurban Qurbanov fevralın 16-da yerli vaxt ilə 18:40-da (Bakı vaxtı ilə 21:40) mətbuat konfransında iştirak edəcək. Media nümayəndələrinə açıq məşq isə yerli vaxt ilə 19:00-da (Bakı vaxtı ilə 22:00) matçın oynanılacağı “Velodrom” stadionunda olacaq.

Qeyd edək ki, fevralın 17-də keçiriləcək oyun yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə saat 00:00) başlayacaq.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO