Millimizin hücumçusu Polşa klubunu TƏRK EDƏCƏK

Millimizin hücumçusu Polşa klubunu TƏRK EDƏCƏK

Hazırda oxunan: Millimizin hücumçusu Polşa klubunu TƏRK EDƏCƏK

601752

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov "Motor"da qalmayacaq.

Bizim.Media xəbər verir ki, yığma komandamızın hücumçusu mövsüm bitdikdən sonra hazırkı klubunda qalmayacağını qətiləşdirib.
 

Əslində, Renat qış fasiləsində "Motor"dan ayrılmalı idi, lakin toplanış zamanı özünü yaxşı tərəfdən göstərdiyi üçün Polşa klubunun rəhbərliyi ona mövsümün sonuna qədər şans vermək istəyib.


Lakin tərəflərin yayda yollarını ayıracağı dəqiqdir. 26 yaşlı hücumçunun "Motor"la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. O, ötən ildən Polşa klubunda oynayır.

Qeyd edək ki, Renat karyerası ərzində "Ayntraxt"(Frankfurt), "Eştoril", "Vulverhempton", "Pakoş Ferreyra", "Qrasshoppers", "Tondela", "Hatayspor", "Ankaragücü", "Radomiak" klublarında çıxış edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO