UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində ilk oyunlara start verilib.
Bizim.Media xəbər verir ki, əvvəlcə “Qalatasaray” İstanbulda İngiltərə klubu “Liverpul”u minimal hesabla məğlub edib – 1:0. Daha bir İngiltərə komandası “Totenhem” də səfərdə İspaniya təmsilçisi “Atletiko”ya uduzub – 2:5.
Digər bol qollu matç “Atalanta” (İtaliya) – “Bavariya” (Almaniya) oyununda qeydə alınıb. Ev sahibinin qapısının torunu 6 dəfə silkələyən Almaniya təmsilçisi bunlardan yalnız birinə cavab ala bilib – 6:1.
Pley-off mərhələsində “Qarabağ”ı məğlub edərək növbəti mərhələyə adlayan “Nyukasl” doğma meydanında İspaniya nəhəngi “Barselona ilə heç-heçə edib – 1:1.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin digər qarşılaşmaları martın 11-i və 12-də baş tutacaq.
Bizim.Media



































































































