Futbol matçında dava: 4 nəfər yaralandı, 2 azarkeş saxlanıldı - FOTO

Futbol matçında dava: 4 nəfər yaralandı, 2 azarkeş saxlanıldı - FOTO

Hazırda oxunan: Futbol matçında dava: 4 nəfər yaralandı, 2 azarkeş saxlanıldı - FOTO

59995

Türkiyədə "Diyarbakırspor" və "Yeni Muş" komandaları arasında həvəskar liqa matçında kütləvi dava düşüb.

Bizim.Media "NTV Spor"a istinadən xəbər verir ki, futbolçular arasında insident ilk hissə başa çatdıqdan sonra baş verib.

Yalnız polislərin müdaxiləsindən sonra oyunçuları sakitləşdirmək mümkün olub.

Daha sonra hadisəyə azarkeşlər qarışıblar. Fanatların tribunadan meydançaya atdığı oturacaqlar hüquq-mühafizə orqanlarının bəzi əməkdaşlarına dəyib. Nəticədə 4 nəfər yaralanıb, 2 tərəfdar isə saxlanılıb.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO