“Milan” qələbə qazandı - birinci yerə yüksəldi

“Milan” qələbə qazandı - birinci yerə yüksəldi

Hazırda oxunan: “Milan” qələbə qazandı - birinci yerə yüksəldi

59973

Fevralın 13-də futbol üzrə İtaliya A Seriyasının 25-ci turunun növbəti oyunu keçirilib.

Bizim.Media xəbər verir ki, "San Siro" stadionunda "Milan" autsayder "Sampdoriya" komandasını qəbul edib. Oyun meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.

Milanlıların oyunda yeganə qolunun müəllifi 8-ci dəqiqədə Rafael Leao olub. Portuqaliyalı hücumçu qapıçı Mayk Menyanın ötürməsini qola çevirib.

Bu qələbə sayəsində "Milan" xal ehtiyatını 55-ə çatdıraraq A Seriyasında liderliyə yüksəlib. Ondan bir xal geri qalan "İnter" ikinci, iki xal az toplayan "Napoli" üçüncü yerdədir. "Samdoriya" isə 23 xalla 16-cı yerdə qərarlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO