Çingiz Hüseynzadə: “İdman məktəblərdə əsas fənn kimi tədris olunmalıdır”

Çingiz Hüseynzadə: “İdman məktəblərdə əsas fənn kimi tədris olunmalıdır”

Hazırda oxunan: Çingiz Hüseynzadə: “İdman məktəblərdə əsas fənn kimi tədris olunmalıdır”

599585

“Bütün dünyada idmana yardım edən, sponsorluq edənlər var. Azərbaycanda isə sponsor idmana maliyyə ayırmır. Çünki bu, onun vergi yükünə mənfi təsir edir.

Dünyanın bir çox ölkələrində idmana yardım edən, sponsorluq edən təşkilatlar və şəxslər qanunvericiliklə qorunurlar. Onların qanunvericilikdə müəyyən güzəştləri var. Azərbaycanda da onlar bu güzəştlərlə təmin olunmadıqca bizdə sponsor məsələsi qəliz olaraq qalacaq.
 

Dövlət, nazirlik federasiyalara maksimum beynəlxalq yarışlara gedəndə yol pulunun verilməsində, digər xərclərə yardım edə bilir. Federasiyalar qalan məsələlərdə, xüsusilə də idmançının hazılığı məsələsində özbaşınadılar. O mənada ki, özləri bu işlə məşğul olurlar, onlara rəsmi şəkildə dəstək olunmur.


Bu məsələni Milli Məclisdə qaldırmaq lazımdır. Dünyada bu tücrübə var və bu təcrübədən Azərbaycan da istifadə edə bilər və bu məsələ Azərbaycanın qanunvericiliyi ilə bağlıdır”.

Bizim.Media xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Milli Məclisinin Gənclər və idman komitəsində 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı keçirilən görüşdə deyib.

Onun sözlərinə görə, idman məktəblərdə əsas fənn kimi tədris olunmalıdır:

“Dünyada idman əsasən universitetlərdə keçirilir. Bəzi idman növləri var ki, onlar yalnız universitetlərdə və məktəblərdə inkişaf edir. Bizdə isə “Təhsil haqqında” Qanunda idman haqqında çox da məsələ yoxdur. İdmanın əsas fənn olması ilə bağlı bir müddəa yoxdur. “Təhsil haqqında” Qanunda idmanla bağlı bəzi məsələlər öz əksini tapmalıdır”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO