İşğaldan azad olunmuş ərazilərdə ötən il neçə idman yarışı KEÇİRİLİB?

İşğaldan azad olunmuş ərazilərdə ötən il neçə idman yarışı KEÇİRİLİB?

Hazırda oxunan: İşğaldan azad olunmuş ərazilərdə ötən il neçə idman yarışı KEÇİRİLİB?

599580

Ötən il işğaldan azad olunmuş ərazilərdə 36 idman yarışı baş tutub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov yayıb.

Nazirlik rəsmisi Milli Məclisin Gənclər və İdman Komitəsinin Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və idman federasiyaları ilə görüşündə fikirlərini bölüşüb.

O, idmanla məşğul olanların sayının artdığını diqqətə çatdırıb:

"Bu da müəyyən mənada idmanın inkişafına təkandır. İdman həftəsi çərçivəsində Məşqçilər Forumu təşkil edildi. Mütəxəssislər idmançının formalaşmasında önəmli rol oynayırlar. Onlarla çox işlər görməliyik. Məktəblərdəki bədən tərbiyəsi müəllimləri ilə bağlı problemlər var. Müəllim məşq prosesində istəmədən olsa da, ziyanlı məşq keçir. Bu da sağlamlığa zərər vurur". (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO