Səudiyyə Ərəbistanında Kriştiano Ronaldonun Avropaya qaçması barədə yayılan şayiələr fonunda onun məşqdən fotoları dərc edilib.
Bizim.Media xəbər verir ki, portuqaliyalı futbolçunun şəkilləri onun çıxış etdiyi “Əl-Nəsr” klubunun X sosial şəbəkəsindəki səhifəsində paylaşılıb.
Fotolarda Ronaldo komanda ilə birlikdə məşq zamanı görünür.
Bundan əvvəl, martın 3-də Ronaldoya məxsus Bombardier Global Express 6500 təyyarəsinin təcili şəkildə Ər-Riyaddan ayrılması barədə məlumat yayılmışdı.
Daily Mail nəşrinin məlumatına görə, təyyarə Səudiyyə Ərəbistanının paytaxtından Madriddə eniş edib. Lakin təyyarənin göyərtəsində kimlərin olduğu açıqlanmayıb.
Bildirilib ki, uçuş Ər-Riyaddakı ABŞ səfirliyinə pilotsuz uçuş aparatlarının hücumundan bir neçə saat sonra baş verib.

Bizim.Media































































































