Şahdağda xizək alpinizmi üzrə Avropa çempionatı BAŞLAYIR

Şahdağda xizək alpinizmi üzrə Avropa çempionatı BAŞLAYIR

Hazırda oxunan: Şahdağda xizək alpinizmi üzrə Avropa çempionatı BAŞLAYIR

599523

Bu gün Azərbaycanda xizək alpinizmi üzrə Avropa çempionatına start veriləcək.

Bizim.Media  xəbər verir ki, “Şahdağ” Turizm Mərkəzində keçiriləcək yarışda Azərbaycanı 5 idmançı təmsil edəcək.

Nəzrin Qəribova, Nəbiyulla Qələbəqiyev, Anid Sultanov, Abel İsmixanov və Nurid Şəkərəliyev medallar uğrunda mübarizə aparacaqlar.

Martın 8-dək davam edəcək qitə birinciliyinin açılış mərasimi saat 09:00-da başlayacaq.

Avropa çempionatında Azərbaycanla yanaşı, AİN (Neytral Statuslu İdmançılar), Türkiyə, İtaliya, İsveçrə, Sloveniya, Almaniya, Rusiya, İspaniya, Avstriya, Norveç, Bolqarıstan, Çexiya, Polşa, Slovakiya, Yunanıstan, Andorra və İsveçdən ümumilikdə 123 idmançı çıxış edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO