Bu matçdan sonra Arbeloa istefaya göndərilə bilər

Bu matçdan sonra Arbeloa istefaya göndərilə bilər

Hazırda oxunan: Bu matçdan sonra Arbeloa istefaya göndərilə bilər

599514

"Real"ın baş məşqçisi Alvaro Arbeloa istefaya göndərilə bilər. 

Bizim.Media xəbər verir ki, "MatchDay Central" nəşrinin yaydığı məlumata görə, Arbeloa üzərindəki təzyiq getdikcə artır. 
 

Madrid klubunun prezidenti Florentino Peres 43 yaşlı mütəxəssisə olan etibarını itirməyə başlayıb. Martın 2-də doğma meydanda "Xetafe"yə gözlənilməz məğlubiyyətdən (0:1) sonra məşqçinin gələcəyi sual altına düşüb.


Məlumata görə, komanda La Liqanın 27-ci turunda "Selta"ya qalib gələ bilməsə, Arbeloa vəzifəsindən kənarlaşdırılacaq.

Qeyd edək ki, "Selta" - "Real" qarşılaşması martın 7-də baş tutacaq.

Xatırladaq ki, hazırda "kral klubu" İspaniya çempionatında 60 xalla ikinci pillədə qərarlaşıb və lider "Barselona"dan 4 xal geri qalır. Xatırladaq ki, Arbeloanın rəhbərliyi altında "Real" artıq İspaniya Kubokunda "Albasete"yə uduzaraq turnirlə vidalaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO