“Qəbələ” – “Karvan-Yevlax” oyununda da heç-heçə qeydə alındı - VİDEO

“Qəbələ” – “Karvan-Yevlax” oyununda da heç-heçə qeydə alındı - VİDEO

Hazırda oxunan: “Qəbələ” – “Karvan-Yevlax” oyununda da heç-heçə qeydə alındı - VİDEO

598901

Misli Premyer Liqasında 22-ci turun oyunları keçirilir.

Bizim.Media xəbər verir ki, ikinci oyun gününün sonuncu görüşü “Qəbələ” ilə “Karvan-Yevlax” arasında baş tutub. Matçı Kamal Umudlu idarə edib. Tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər. Daha öncə “Kəpəz” “Sumqayıt”a qalib gəlib (3:0), “Araz-Naxçıvan” “Zirə”yə məğlub olub – 0:1. “Şamaxı” – “Neftçi” oyununda isə qalib müəyyənləşməyib – 2:2. “Turan Tovuz” – “İmişli” və “Qarabağ” – “Sabah” oyunları sabah keçiriləcək.

Misli Premyer Liqası

22-ci tur

28 fevral

“Qəbələ” – “Karvan-Yevlax” 1:1

Qollar: Seydina Keyta, 36-pen – İmani Barker, 26.

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Mirnihat Seyidov, Rövşən Rəcəbov.

Qəbələ şəhər stadionu, 17:00.

Qəbələ: 1. Səlahət Ağayev, 28. Murad Musayev (k), 7. Turan Manafov, 27. Eşqin Əhmədov, 33. Seydina Keyta, 50. Adriel Ba Lua, 6. Xayme Syerra, 8. Sambu Sissoko ,16. İsaak Amoa, 14. Domi Massumo, 30. Prins Ovusu.


Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 66. Nuğay Rəşidov, 10. Şahin Şahniyarov, 21. Ziya Şəkərxanov, 24. İsmael Akinade, 12. İbrahim Sanqare, 3. Eduardo Kunde, 70. Paulo Kimbila.

Baş məşqçi: Kaxaber Sxadadze.

Karvan-Yevlax: 99. Pedro Mateuş, 32. Elvin Yunuszadə (k), 6. Vadim Abdullayev, 16. Rauf Rüstəmli, 5. Emin Rüstəmov, 20. Coy Sleyd Mikels, 2. Şakil Sno, 11. Kayl Spens, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 21. İmani Barker.

Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 33. Eltun Turabov, 42. İbrahim Qədirzadə, 13. Vüsal Məsimov, 14. Uğur Cahangirov, 17. Samir Abdullayev, 8. Peter Kinqs, 4. Olavale Doyeni.

Baş məşqçi: Füzuli Məmmədov.


Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO