"Barselona"nın 18 yaşlı ulduzu Lamin Yamal peşəkar karyerasında ilk het-trikinə imza atıb.
Bizim.Media xəbər verir ki, bu tarixi uğur İspaniya La Liqasının 26-cı turu çərçivəsində keçirilən "Vilyarreal"la matçda (4:1) qeydə alınıb.
Beləliklə, futbolçu ilk het-trikini "Barselona" forması ilə çıxdığı 140-cı rəsmi matçda reallaşdırıb. Gənc hücumçu qarşılaşmanın 28, 37 və 69-cu dəqiqələrində rəqib qapısına yol taparaq komandasının qələbəsində böyük pay sahibi olub.
"Opta"nın məlumatına görə, Yamal bu nailiyyəti ilə 21-ci əsrdə İspaniya çempionatında het-trik edən ən gənc futbolçu kimi tarixə düşüb.
Qeyd edək ki, cari mövsümdə bütün turnirlərdə 31 oyuna çıxan Yamal artıq 16 qol və 13 məhsuldar ötürməni aktivinə yazdırıb. Bu qələbədən sonra xallarını 64-ə çatdıran "Barselona" turnir cədvəlinə liderlik edir. 51 xalı olan "Vilyarreal" isə üçüncü pillədə qərarlaşıb.
Bizim.Media

- A-
- A
- A+
İdman
07:49 / 01.03.2026
Yamal ilk her-trikini etdi, rekorda imza atdı
Hazırda oxunan: Yamal ilk her-trikini etdi, rekorda imza atdı
Hazırda oxunan: Yamal ilk her-trikini etdi, rekorda imza atdı
598893
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































