Azərbaycan kubokunda ikinci yarımfinalçı müəyyənləşir - “Neftçi” “Sabah”a qarşı

Azərbaycan kubokunda ikinci yarımfinalçı müəyyənləşir - “Neftçi” “Sabah”a qarşı

Hazırda oxunan: Azərbaycan kubokunda ikinci yarımfinalçı müəyyənləşir - “Neftçi” “Sabah”a qarşı

59791

Bu gün futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsində növbəti cavab oyunu keçiriləcək.

Bizim.Media-nın məlumatına görə, "Neftçi" "Sabah" klubunun qonağı olacaq.

Masazırdakı "Bank Respublika Arena"da oynanılacaq görüş saat 16:00-da başlayacaq. Qarşılaşmanı Rəvan Həmzəzadə idarə edəcək.

"Bakcell Arena"dakı ilk görüşdə qalib müəyyənləşməyib - 1:1. Səfər qolu qaydası ləğv olunduğundan, iki oyunun nəticəsinə əsasən heç-heçə qeydə alınarsa, yarımfinala yüksələn komanda əlavə vaxt və ya penaltilər seriyasında müəyyənləşəcək.

Qeyd edək ki, 1/4 finalın digər 2 cavab oyunu fevralın 13-də baş tutacaq. "Qəbələ" evdə "Sumqayıt"ı, "Səbail" isə "Zirə"ni qəbul edəcək. "Sabah" - "Neftçi" cütünün qalibi yarımfinalda "Səbail" - "Zirə" duelinin güclüsü ilə üz-üzə gələcək.
Ölkə kubokunda ilk yarımfinalçı ötən gün səfərdə "Keşlə"ni 6:0 hesabı ilə darmadağın edən "Qarabağ" olub. Ağdam komandası isə növbəti mərhələdə "Qəbələ" - "Sumqayıt" cütünün ən yaxşısı ilə qarşılaşacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO