Şahmat üzrə Azərbaycan çempionu: "Yarış psixoloji cəhətdən gərgin keçdi"

Şahmat üzrə Azərbaycan çempionu: "Yarış psixoloji cəhətdən gərgin keçdi"

Hazırda oxunan: Şahmat üzrə Azərbaycan çempionu: "Yarış psixoloji cəhətdən gərgin keçdi"

597722

Şahmat üzrə Azərbaycan çempionatı ən gərgin keçən yarışlardan biridir.

Bizim.Media  xəbər verir ki, bunu şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatının qalibi olan Ülviyyə Fətəliyeva jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, çempionat son illərdə daha da nüfuz qazanıb.
 

"On günlük turnir bizim üçün həm şahmat, həm də psixoloji baxımdan stresli, həyəcanlı və gərgin keçdi", - o deyib.


"Ümid edirəm ki, bu uğurlu nəticə ilin sonuna qədər davam edər. Çalışacağıq ki, ölkəmizi beynəlxalq yarışlarda yaxşı təmsil edək", - şahmatçı bildirib.

Qeyd edək ki, Ülviyyə Fətəliyeva Azərbaycan çempionatının finalında Ayan Allahverdiyevanı məğlub edib. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO