Bu gün "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində (şərti olaraq 1/16 final) ilk oyununa çıxıb.
Bizim.Media xəbər verir ki, tarixində ilk dəfə bu mərhələdə mübarizə aparan Ağdam təmsilçisi İngiltərə "Nyukasl"ını Bakıda qəbul edib.
Matç rəqibin 6:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu komandalar arasında cavab matçı isə Mərkəzi Avropa vaxtı ilə fevralın 24-ü, saat 21:00-da, Bakı vaxtı ilə fevralın 25-i, saat 00:00-da start götürəcək.
Liqa mərhələsində 10 xalla "Qarabağ" 22-ci, "Nyukasl" isə 14 xalla 12-ci yeri tutmuşdu.
Xatırladaq ki, "Qarabağ" - "Nyukasl" cütünün qalibi 1/8 finalda "Barselona" və ya "Çelsi" ilə üz-üzə gələcək.
Çempionlar Liqası, pley-off mərhələsi, ilk oyunlar
21:45. "Qarabağ" (Azərbaycan) - "Nyukasl" (İngiltərə) - 1:6
Qollar: Qordon, 3 (0:1), Tyau, 9 (0:2), Qordon, 32-pen. (0:3); 34 (0:4), 45-pen. (0:5), Elvin Cəfərquliyev, 54 (1:5), D.Merfi, 72 (1:6)
Hakimlər: Espen Eskos, Yan Erik Enqan, İsak Elias Başevkin, Siqurd Krinqstad
VAR: Rob Diyperink
AVAR: Dennis Hiqler
Tofiq Bəhramov adına Respublika Stadionu
Bizim.Media

- A-
- A
- A+
İdman
23:45 / 18.02.2026
“Nyukasl” “Qarabağ”ı ağır məğlubiyyətə uğratdı - VİDEO
Hazırda oxunan: “Nyukasl” “Qarabağ”ı ağır məğlubiyyətə uğratdı - VİDEO
Hazırda oxunan: “Nyukasl” “Qarabağ”ı ağır məğlubiyyətə uğratdı - VİDEO
597075
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































