Türkiyənin "Fənərbağça" klubunun heyətində ciddi itki baş verib.
Bizim.Media xəbər verir ki, yarımmüdafiəçi Edson Alvares sıradan çıxıb. Bu barədə "A Spor" televiziyası məlumat yayıb.
Ayağında ağrılar olan Alvares əməliyyat olunub. 28 yaşlı dayaq yarımmüdafiəçisi təxminən 6 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Fənərbağça" Edson Alvaresi 2025-ci ilin avqustunda "Vest Hem"dən transfer edib. Meksika millisinin üzvü İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
21:12 / 17.02.2026
“Fənərbağça”da CİDDİ İTKİ
Hazırda oxunan: “Fənərbağça”da CİDDİ İTKİ
Hazırda oxunan: “Fənərbağça”da CİDDİ İTKİ
596853
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































