“Barselona” kubok matçına ciddi itki ilə çıxacaq

“Barselona” kubok matçına ciddi itki ilə çıxacaq

Hazırda oxunan: “Barselona” kubok matçına ciddi itki ilə çıxacaq

595758

"Barselona" İspaniya Kral Kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Atletiko"nun qonağı olacaq.

Bizim.Media xəbər verir ki, Kataloniya təmsilçisi oyuna ciddi itki ilə çıxacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 

Markus Reşford Madrid səfərində komandaya kömək edə bilməyəcək. İngiltərəli vinger La Liqanın 23-cü turunun "Malyorka" ilə matçında (3:0) dizindən zədə alıb.


Markus bu mövsüm "Barselona"nın heyətində meydana çıxdığı 34 rəsmi matçda 10 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Atletiko" - "Barselona" qarşılaşması fevralın 12-dən 13-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO