Avropa birinciliyində karateçilərimiz 6 medal qazandı - FOTO

Avropa birinciliyində karateçilərimiz 6 medal qazandı - FOTO

Hazırda oxunan: Avropa birinciliyində karateçilərimiz 6 medal qazandı - FOTO

595140

Limassolda Avropa birinciliyi: Azərbaycan karateçiləri 6 medal qazanıb

06–08 fevral 2026-cı il tarixlərində Kiprin Limassol şəhərində yeniyetmə və gənclər arasında karate üzrə Avropa birinciliyi keçirilib.

Bizim.Media xəbər verir ki, nüfuzlu turnirdə 50-yə yaxın ölkədən təxminən 1500 idmançı iştirak edib.

Azərbaycan Karate Federasiyası yarışda 27 idmançı ilə təmsil olunub. Milli komandamız Avropa birinciliyində uğurlu çıxışı ilə yadda qalıb və ümumilikdə 6 medal qazanıb.

Yarışın ilk günlərində Azərbaycan karateçiləri 4 bürünc medala sahib olublar. Belə ki, Salmanov Salman – kata növü üzrə, Əhmədzadə Cansu – gənclər arasında -66 kq, Abasov Rəvan – gənclər arasında -61 kq, Dostuyev Aslan – gənclər arasında -60 kq çəki dərəcələrində üçüncü yeri tutaraq bürünc medal qazanıblar.

Fevralın 8-də keçirilən final görüşlərində isə Azərbaycan komandası medal hesabını daha da artırıb. Məlikov Ələddin gənclər arasında -68 kq çəki dərəcəsində finalda qalib gələrək qızıl medal, Qənbərov Vüsal isə 55 kq çəki dərəcəsində ikinci yeri tutaraq gümüş medal əldə edib.

Beləliklə, Limassolda keçirilən Avropa birinciliyində Azərbaycan karateçiləri 1 qızıl, 1 gümüş və 4 bürünc olmaqla ümumilikdə 6 medal qazanıblar.

Qeyd edək ki, bu nəticə Azərbaycan karateçiləri üçün həm beynəlxalq təcrübə baxımından, həm də Avropa səviyyəsində əldə olunan növbəti mühüm uğur kimi qiymətləndirilir.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO