UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Nyukasl"da ayrılıq gerçəkləşib.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Premyer Liqa təmsilçisi kapitan Camal Lassellslə yolları ayırıb. İngiltərəli mərkəz müdafiəçisi "Lester Siti"yə transfer olunub.
"Nyukasl" Camal Lassellsi 2014-cü ilin yayında "Nottingem Forest"dən transfer etmişdi. 32 yaşlı futbolçu "sağsağanlar"ın heyətində meydana çıxdığı 253 rəsmi matçda 15 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Qarabağ"ın ilk oyunu fevralın 18-də Bakıda keçiriləcək. Cavab görüşü isə fevralın 24-dən 25-nə keçən gecə İngiltərədə baş tutacaq.
Bizim.Media

- A-
- A
- A+
İdman
16:16 / 03.02.2026
“Qarabağ”ın rəqibi kapitanı ilə YOLLARINI AYIRDI
Hazırda oxunan: “Qarabağ”ın rəqibi kapitanı ilə YOLLARINI AYIRDI
Hazırda oxunan: “Qarabağ”ın rəqibi kapitanı ilə YOLLARINI AYIRDI
594266
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































