"Mançester Siti"dən Türkiyə klubuna keçdi

"Mançester Siti"dən Türkiyə klubuna keçdi

Hazırda oxunan: "Mançester Siti"dən Türkiyə klubuna keçdi

593787

Türkiyə Super Liqasının iddialı klublarından olan "Kocaelispor" sürpriz transferə imza atıb.

Bizim.Media xəbər verir ki, Səlcuq İnanın baş məşqçisi olduğu kollektiv İngiltərə nəhəngi
"Mançester Siti"dən Mahamadu Susoho Sissohonu heyətinə qatıb.

Körfəz təmsilçisi 21 yaşlı futbolçu ilə 2 illik (2027-2028 mövsümünün sonuna qədər) müqavilə imzalayıb. Klub rəsmi açıqlamasında İngiltərə klubu ilə birdəfəlik transfer üçün razılıq əldə olunduğunu bildirib.

Qeyd edək ki, cari mövsümün (2025/26) ilk yarısını icarə əsasında "Livinqston"da keçirən gənc yarımmüdafiəçi bu müddətdə 1 qolla yadda qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO