“Liverpul” “Qarabağ”ın qeyri-adi rekord vurduğunu ELAN ETDİ - FOTO

“Liverpul” “Qarabağ”ın qeyri-adi rekord vurduğunu ELAN ETDİ - FOTO

Hazırda oxunan: “Liverpul” “Qarabağ”ın qeyri-adi rekord vurduğunu ELAN ETDİ - FOTO

592882

“Liverpul” klubunun rəsmi İnstaqram sosial şəbəkə hesabı “Qarabağ” komandasının İngilltərəyə bugünkü səfəri ilə bağlı maraqlı paylaşım edib.

Bizim.Media xəbər verir ki, paylaşımda bildirilib:
 

“Enfilddə qeyri-adi bir rekord gözlənilir. UEFA Çempionlar Liqası qarşılaşması üçün “Qarabağ” Bakından yola düşüb. Bu, “Liverpul”un indiyədək qəbul etdiyi ən uzun Avropa səfəri olacaq”.


Qeyd edək ki, “Qarabağ”ın Liverpul şəhərinə təyyarə ilə yolçuluğu 7 saat çəkəcək. Paylaşımda qeyd edilir ki, bu, 2583 mil (4157 kilometr) təşkil edir.

Açıqlanan siyahıda Liverpul tarixində ən uzun səfər yolçuluğuna gəlmiş 10 komandanın yer aldığı siyahı təqdim olunub.

1. “Qarabağ” - 2583 mil (4157 kilometr)

2. “Anji” (Mahaçqala) - 2378 mil

3. “Makkabi” (Hayfa) - 2341- mil

4. “Dinamo” (Tbilisi) - 2319 mil

5. “Spartak” (Vladiqafqaz) - 2260 mil

6. “Apollon” (Limasol) - 2171 mil

7. “Trabzonspor” - 2139 mil

8. “Rubin” (Kazan) - 2041 mil

9. “Qalatasaray” - 1706 mil

10. “Beşiktaş” - 1706 mil


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO