“Qalatasaray” onu heyətinə qatdı

“Qalatasaray” onu heyətinə qatdı

Hazırda oxunan: “Qalatasaray” onu heyətinə qatdı

592660

“Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirib.

Bizim.Media  xəbər verir ki, “sarı-qırmızılılar” “Jirona”nın formasını geyinən Yaser Asprilyanı transfer edib.

22 yaşlı vinger mövsümün sonunadək icarə əsasında İstanbul təmsilçisinin şərəfini qoruyacaq.
 

Razılaşmaya əsasən, Kolumbiya millisinin üzvü mövsümün qalan hissəsi üçün Super Liqa təmsilçisindən 1,2 milyon avro məvacib alacaq. “Qalatasaray”ın bu transfer üçün hər hansı icarə haqqı ödəməyəcəyi bildirilir. Lakin müqavilədə futbolçunun çıxış sayından asılı olaraq aktivləşən 23 milyon avroluq məcburi satınalma bəndi yer alıb.


Qeyd edək ki, Y. Asprilya bu mövsüm “Jirona”nın heyətində meydana çıxdığı 17 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO