Avropa çempionatı Azərbaycanda

Avropa çempionatı Azərbaycanda

Hazırda oxunan: Avropa çempionatı Azərbaycanda

59242
AVRO-2017-nin həlledici matçları Azərbaycan və Gürcüstanda keçiriləcək. 

Məlumata görə, bu haqda qərar Avropa Voleybol Konfederasiyasının Antalyada keçirilən konqresində qəbul edilib.

Yarışın böyük hissəsinə ölkəmiz sahiblik edəcək. Gürcüstanda cəmi 1 qrupun oyunları və 1/4 final matçları baş tutacaq. Digər 3 qrup - biri Quba, ikisi Bakıda olmaqla, Azərbaycanda mübarizə aparacaq. Çempionatın həlledici qarşılaşmaları ”“ yarımfinal və final oyunları paytaxtımızda gerçəkləşəcək.

Konqresdə çıxış edən Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti Faiq Qarayev Bakıda keçiriləcək final oyunları haqqında məlumat verərək bildirib ki, ən əsası Azərbaycan Respublikasının, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev namizədliyimizi dəstəkləyib: “Ölkə rəhbəri Azərbaycanda keçirilən bütün tədbirlərə diqqət və qayğı göstərir. Azərbaycan bu tədbirlərin yüksək səviyyədə keçirilməsinə həmişə hazırdı”.

Konqresdə səsvermə zamanı iştirakçılarının əksəriyyəti Azərbaycanın namizədliyini dəstəkləyib.

Qeyd edək ki, indiyədək ölkəmizdə komanda idman növlərində böyüklər arasında Avropa və dünya çempionatı keçirilməyib. 2017-ci ildə gerçəkləşəcək bu ilk Azərbaycan voleybolunun hesabına yazılacaq. 2020-ci ildə isə futbol üzrə qitə çempionatının matçları Bakıda təşkil olunacaq.

Yeri gəlmişkən, qadın voleybolçular arasında Olimpiya Təsnifat Turniri, Qran-Prinin mərhələ yarışda məhz federasiyanın səyi nəticəsində ölkəmizdə təşkil olunub. Həmçinin, “Top-komandalar”, CEV kubokunun və Çempionlar Liqasının “Dördlər finalı”na da ev sahibliyi etmişik.(anspress)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO