“Partizan“ın norveçli yarımmüdafiəçisi Qayas Zahid Azərbaycandan təklif aldığı iddia olunur.
Bizim.Media xəbər verir ki, Pakistan əsilli futbolçunun “Neftçi”yə keçəcəyinə dair xəbərlər yayılıb.
O, Norveç millisində 2 oyun keçirib və 1 qol vurub. Transfermarkt portalına görə bazar dəyəri hazırda 900 min avrodur.
Qayas 2023-cü ildən etibarən Belqrad klubunda forma geyinir. “Partizan“da 63 rəsmi oyunda 14 asist və 9 qol vurub.
“Neftçi“dən aldığımız məlumata görə, Qayas Zahidin transferi gündəmdə deyil. Menecerlərin onunla bağlı Bakıya çoxsaylı təkliflər etməsinə baxmayaraq.
Məsələ ondadır ki, adıçəkilən orta sahə oyunçusunun Serbiya təmsilçisi ilə müqaviləsi mövcuddur və istənilən təzminatın məbləği kifayət qədər yüksəkdir.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
22:41 / 16.01.2026
“Neftçi” Norveç millisinin üzvü ilə danışıq aparır?
Hazırda oxunan: “Neftçi” Norveç millisinin üzvü ilə danışıq aparır?
Hazırda oxunan: “Neftçi” Norveç millisinin üzvü ilə danışıq aparır?
591182
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































