Cenk Tosunun yeni klubu RƏSMİLƏŞDİ

Cenk Tosunun yeni klubu RƏSMİLƏŞDİ

Hazırda oxunan: Cenk Tosunun yeni klubu RƏSMİLƏŞDİ

591156

"Fənərbağça"da heyətdən kənarlaşdırılan Cenk Tosunun "Kasımpaşa"ya keçidi rəsmiləşib.

Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

34 yaşlı hücumçu ilə imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb.

Qeyd edək ki, Cenk Tosun 2024-cü ilin yayında "Beşiktaş"dan ayrılaraq "Fənərbağça"ya keçmişdi. O, ötən ilin oktyabr ayında baş məşqçi Domeniko Tedeskonun qərarı ilə əsas komandadan uzaqlaşdırılmışdı.

Xatırladaq ki, Emre Belözoğlunun baş məşqçisi olduğu "Kasımpaşa" daha əvvəl "Fənərbağça"nın digər ulduzu İrfan Can Kahvecini icarəyə götürmüşdü. Türkiyə mətbuatında "Fənərbağça"nın braziliyalı müdafiəçisi Bekaonun da mövsümün sonuna qədər icarə əsasında "Kasımpaşa"nın formasını geyinəcəyi haqda xəbərlər yazılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO