“Qarabağ” dünya reytinqində GERİLƏDİ

“Qarabağ” dünya reytinqində GERİLƏDİ

Hazırda oxunan: “Qarabağ” dünya reytinqində GERİLƏDİ

591089

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların dünya reytinqini yeniləyib.

Bizim.Media xəbər verir ki, “Qarabağ” siyahıda bir pillə geriləyib.
 

Azərbaycan çempionu 182,5 əmsalla 68-ci yerdən 69-cu sıraya düşüb. Digər klublarımızdan “Sabah” (93,5 xal – 224-cü yer), “Araz-Naxçıvan” (60,25 – 456-cı yer) və “Neftçi” (51,25 – 553-cü yer) cədvəldə irəliləyiblər.


“Zirə” (66,75) 389-cu, “Turan Tovuz” 627-ci pilləyə yuvarlanıb.

Qeyd edək ki, 704 klubun yer aldığı reytinq cədvəlinə Fransa klubu PSJ (613) başçılıq edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO