Füzulidə şirniyyat sexində nöqsanlar aşkarlandı - FOTO

Füzulidə şirniyyat sexində nöqsanlar aşkarlandı - FOTO

Hazırda oxunan: Füzulidə şirniyyat sexində nöqsanlar aşkarlandı - FOTO

590834

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Füzuli rayonunun Kərimbəyli kəndində fəaliyyət göstərən Fəxriyyə Süleyman qızı İmanovaya məxsus “Məsumə” şirniyyat emalı sexində yoxlama aparıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, yoxlama zamanı müəssisədə divar səthlərinin asan təmizlənən materialla üzlənilmədiyi, emal prosesində istifadə edilən suyun filtrdən keçirilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO