Tunis millisi yeni baş məşqçisini AÇIQLADI

Tunis millisi yeni baş məşqçisini AÇIQLADI

Hazırda oxunan: Tunis millisi yeni baş məşqçisini AÇIQLADI

590828

Tunis millisi yeni baş məşqçisi ilə razılığa gəlib.

Bizim.Media xəbər verir ki, yığmaya Sabri Lamuşinin təyin olunduğu rəsmən açıqlanıb. 
 

Fransalı mütəxəssis daha əvvəl istefaya göndərilən Sami Trabelsini əvəzləyib. Yeni baş məşqçinin qarşısında əsas məqsəd yığmanı 2026-cı il Dünya Çempionatına hazırlamaqdır.


Qeyd edək ki, Tunis yığması mundialda Yaponiya, Niderland və UEFA pley-off mərhələsinin qalibi (Ukrayna, İsveç, Polşa və ya Albaniya) ilə qarşılaşacaq.

Xatırladaq ki, Lamuşi daha əvvəl Fil Dişi Sahili millisini çalışdırıb. Mütəxəssisin karyerasında "Renn" (Fransa), "Nottinqem Forest" (İngiltərə), "Kardiff Siti" (Uels), "Əl-Duhail" (Qətər), həmçinin Səudiyyə Ərəbistanının "Əl-Riyad" və "Əl-Diriyah" klubları da var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO