"Real"ın məşqçilər heyəti müəyyənləşdi - FOTO

"Real"ın məşqçilər heyəti müəyyənləşdi - FOTO

Hazırda oxunan: "Real"ın məşqçilər heyəti müəyyənləşdi - FOTO

590635

"Real"ın yeni baş məşqçisi Alvaro Arbeloanın köməkçiləri müəyyənləşib.

Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Xulian Karmona, Kevin Kardeyro və Rikardo da Silva Arbeloanın köməkçi məşqçiləri təyin olunublar.
 

Onların hər biri, o cümlədən fiziki hazırlıq üzrə mütəxəssis olan Rikardo da Silva "Kastilya"da baş məşqçi ilə birgə işləyib. Texniki analitik vəzifəsi isə yenə gənclər komandasından gələn Frensis Sançesə tapşırılıb.


Qeyd edək ki, "kral klubu"nda diqqətçəkən digər geri dönüş də yaşanıb.

Belə ki, Antonio Pintus yenidən komandanın fiziki hazırlıq üzrə məşqçisi vəzifəsinə qayıdıb. Qapıçıların hazırlığı isə Luis Llopisə həvalə edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO