Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov və komandanın direktoru İlqar Qurbanov Antalyada təlim-məşq toplanışında olan “Motor” (Polşa) klubunun futbolçusu Renat Dadaşovla görüşüblər.
Bizim.Media xəbər verir ki, bu barədə millimizin sosial şəbəkə hesablarında məlumat yayılıb.
Ayxan Abbasov və İlqar Qurbanov görüş zamanı 26 yaşlı hücumçunun hazırkı durumu ilə maraqlanıb və mövsümün ikinci yarısında ona uğurlar arzulayıblar.
Qeyd edək ki, Renat Dadaşov ötən ilin iyul ayından "Motor"un formasını geyinir.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
22:14 / 13.01.2026
Ayxan Abbasov millimizin üzvü ilə görüşdü
Hazırda oxunan: Ayxan Abbasov millimizin üzvü ilə görüşdü
Hazırda oxunan: Ayxan Abbasov millimizin üzvü ilə görüşdü
590620
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































