Levandovski: "Karyeramı bitirməkdən qorxmuram"

Levandovski: "Karyeramı bitirməkdən qorxmuram"

Hazırda oxunan: Levandovski: "Karyeramı bitirməkdən qorxmuram"

589118

"Barselona"nın futbolçusu Robert Levandovski karyerasını başa vurmaqla bağlı fikirlərini bölüşüb.

Bizim.Media xəbər verir ki, 37 yaşlı hücumçu bundan qorxmadığını deyib:

"Karyeramı bitirməkdən qorxmuram, çünki buna hazırlaşmağa başlayıram. Futboldan sonra nə edəcəyimə hazırlaşıram. Futbolun həyatımın çox vacib bir hissəsi olduğunu bilirəm, amma bütün həyatım deyil.
 

Gənc olanda bu barədə düşünmürdüm, çünki ağlıma yalnız futbol, futbol və daha çox futbol gəlirdi. Amma indi başa düşürəm ki, karyeramın sonuna çox yaxınam. Bilmirəm, 1, 2, 3, bəlkə də 4 ilim qalıb, amma heç bir təzyiq hiss etmirəm.


Əgər bir gün bədənimə qulaq asıb nəyinsə dəyişdiyini hiss etsəm, karyeramı başa vurmağa hazır olacağam”.

Qeyd edək ki, polşalı forvardın "Barsa" ilə hazırkı müqaviləsi 30 iyuna qədərdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO