Daha bir cüdoçumuz qızıl medal uğrunda mübarizə aparacaq

Daha bir cüdoçumuz qızıl medal uğrunda mübarizə aparacaq

Hazırda oxunan: Daha bir cüdoçumuz qızıl medal uğrunda mübarizə aparacaq

58895

Parisdə keçirilən “Böyük dəbilqə” turnirində komandamızın daha bir üzvü - Məmmədəli Mehdiyev (90 kq) finala vəsiqə qazanıb.

Bizim.Media xəbər verir ki, təmsilçimiz yarımfinalda gürcüstanlı Beka Gvinaşvilini məğlub edib.

Qeyd edək ki, komandamızın üzvü Uşangi Kokauri (+100 kq) də turnirin finalında mübarizə aparacaq.

Azərbaycan bu gün başa çatacaq yarışda 6 cüdoçu ilə təmsil olunur.

Turnirdə 52 ölkədən 285 idmançı iştirak edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO