“Qarabağ”ın legionerinə Braziliyadan TƏKLİF

“Qarabağ”ın legionerinə Braziliyadan TƏKLİF

Hazırda oxunan: “Qarabağ”ın legionerinə Braziliyadan TƏKLİF

587169

“Qarabağ”ın daha bir futbolçusu Braziliyaya qayıda bilər.

Bizim.Media yerli mətbuata istinadən xəbər verir ki, Mateus Silva ölkəsindən təklif alıb.

Belə ki, 28 yaşlı müdafiəçi A Seriyasında mübarizə aparan “Vitoria”nın maraq dairəsinə düşüb.
 

Sağ cinah müdafiəçisi axtarışında olan “sambaçılar” bu boşluğu məhz Silva ilə doldurmaq niyyətindədir. Lakin braziliyalılar bu transferi asanlıqla həyata keçirə bilməyəcəklərini başa düşürlər. “Vitoriya” rəhbərliyi tezliklə “Qarabağ”a bununla bağlı rəsmi təklif göndərəcək.


Qeyd edək ki, 2023-cü ildən “Qarabağ”ın formasını geyinən Mateus Silvanın müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO