"Transfermarkt" portalı Azərbaycan Premyer Liqasında çıxış edən futbolçuların bazar dəyərini yeniləyib.
Bizim.Media xəbər verir ki, son yenilənməyə əsasən dəyərini ən çox artıran futbolçuların siyahısına "Qarabağ"ın üzvləri Leandro Andrade və Nəriman Axundzadə başçılıq edir.
Hər iki oyunçunun qiyməti 500 min avro yüksəlib. Onlarla yanaşı, Mateuş Koxalski və Pedro Bikalyo da eyni miqdarda dəyər qazanaraq ilk dördlükdə yer alıblar.
Siyahıda həmçinin "İmişli"nin üzvü Juninyo (+350 min avro), Toral Bayramov (+300 min avro) və Elvin Cəfərquliyev (+300 min avro) kimi adlar da diqqət çəkir.
1. Leandro Andrade (+500 min avro)
2. Nəriman Axundzadə (+500 min avro)
3. Mateuş Koxalski (+500 min avro)
4. P.Bikalyo (+500 min avro)
5. Kamilo Duran (+425 min avro)
6. A.R. Moumini (+375 min avro)
7. Juninyo (+350 min avro)
8. Toral Bayramov (+300 min avro)
9. Elvin Cəfərquliyev (+300 min avro)
10. Emanuel Addai (+300 min avro)
Rəşad Rafiqoğlu, Bizim.Media





























































































