“Mançester Yunayted”də CİDDİ İTKİ

“Mançester Yunayted”də CİDDİ İTKİ

Hazırda oxunan: “Mançester Yunayted”də CİDDİ İTKİ

586896

“Mançester Yunayted”in heyətində ciddi itki baş verib.

Bizim.Media xəbər verir ki, "qırmızı şeytanlar"ın kapitanı Bruno Fernandeş sıradan çıxıb. Bu barədə "The Telegraph" nəşri məlumat yayıb.

Portuqaliyalı yarımmüdafiəçi İngiltərə Premyer Liqasının 17-ci turunun “Aston Villa”ya qarşı keçirilən matçında (1:2) zədələnib.
 

Fernandeş yumşaq toxuma zədəsi ilə üzləşib. 31 yaşlı futbolçunun bu səbəbdən ən azı 1 ay yaşıl meydanlardan kənarda qalacağı ehtimal olunur.


Qeyd edək ki, Bruno Fernandeş bu mövsüm “Mançester Yunayted”in heyətində 18 oyunda meydana çıxıb, 5 qol vurub və 7 məhsuldar ötürmə edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO