Coşua blogeri nokauta saldı

Coşua blogeri nokauta saldı

Hazırda oxunan: Coşua blogeri nokauta saldı

586554

Bu gecə ABŞ-nin Mayami şəhərində möhtəşəm boks gecəsi baş tutub. Gecənin əsas döyüşündə ABŞ-li məşhur sosial media fenomeni, aktyor və döyüşçü Ceyk Pol ilə keçmiş dünya çempionu Entoni Coşua üz-üzə gəlib.

Bizim.Media xəbər verir ki, artıq birinci raunddan etibarən Coşua fərqi nümayiş etdirərək sağ əli ilə bir neçə dəqiq zərbə endirib.
 

Üçüncü və dördüncü raundlar britaniyalı boksçunun tam nəzarəti altında keçib, dördüncü raundun sonunda isə Ceyk Pol rinqin döşəməsinə düşsə də, nokdaun qeydə alınmayıb.


Beşinci raund həlledici olub və bu hissədə Ceyk Pol iki dəfə nokdauna düşərək ağır zərbələrə tab gətirməkdə çətinlik çəkib.

Altıncı raundda Entoni Coşua təzyiqi daha da artıraraq üçüncü nokdaunu rəsmiləşdirib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO