Qış Olimpiya Oyunlarının açılış mərasimini keçirildi - VİDEO

Qış Olimpiya Oyunlarının açılış mərasimini keçirildi - VİDEO

Hazırda oxunan: Qış Olimpiya Oyunlarının açılış mərasimini keçirildi - VİDEO

58653

Çinin paytaxtı Pekində XXIV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilir. 

Bizim.Media xəbər verir ki, tədbir Pekin Milli Stadionunda təşkil olunub. 

Mərasimə şef de-mission Anar Bağırovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti də qatılıb. Paradda Dövlət bayrağını fiqurlu konkisürən Vladimir Litvintsev daşıyacaq. Azərbaycan heyəti paraddan 42-ci keçəcək.

Pekin olimpiadasında Azərbaycanı bir idman növü üzrə 2 idmançı təmsil edəcək. Komandanın bayraqdarı olan Litvintsev fevralın 8-i və 10-da buz üzərinə çıxacaq. Fevralın 15-i və 17-də isə Ryabova öz məharətini sərgiləyəcək.  

Qeyd edək ki, Pekin-2022 Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq. Oyunlarda 91 ölkədən ümumilikdə 3 000-dək idmançı qüvvəsini sınayacaq. Yarışda 15 idman növü üzrə 109 dəst medal öz sahibini tapacaq. Koronavirus pandemiyası ilə əlaqədar Oyunları yalnız Çin vətəndaşları izləyə biləcəklər.  

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO